"Bu gün Sovet İttifaqının bərpasından danışmaq mümkün deyil, lakin iqtisadi məkanın qorunması vacibdir".
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.
“SSRİ-nin bərpası üçün kimisə təşviq etmirəm, bu, bu gün mümkün deyil. Amma iqtisadi məkanı qoruyub saxlamaq lazımdır”, - deyə Lukaşenko vurğulayıb.
Xatırladaq ki, bu ilin yanvarında Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman mk.ru-ya müsahibəsində bildirmişdi ki, Sovet İttifaqının bir formada yenidən yaranması qaçılmazdır və bu, artıq cari ildə baş verə bilər.
Nuriyyə NATİQQIZI