RU

“Türk birliyinin dayaqları bütün sahələrdə möhkəmlənir”

TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, son illərdə təsis olunan Türk İnvestisiya Fondu kimi strukturlar ümumi türk həmrəyliyinin parlamentlər mədəni elmi iqtisadi və digər sahələrdə dayaqlarını möhkəmləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının fəaliyyətindən və türk dünyasındakı həmrəyliyin güclənməsindən danışıb.

Günay Əfəndiyeva qeyd edib ki, türk dövlətləri arasında əlaqələrin xarakteri də bu birliyin getdikcə dərinləşdiyini göstərir:

“Türk dövlətlərinin başçıları arasında görüşlər artıq təkcə rəsmi formatda deyil, dostluq, səmimiyyət və etimad mühitində – qeyri-formal şəraitdə də keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü bunun mühüm nümunəsidir. 16 illik TDT hər il böyüyür, genişlənir və dərinləşir. Son zamanlarda Türkmənistanın türk dünyasının ortaq fəaliyyətlərində aktiv iştirakı da bu əlaqələri gücləndirir. Zirvə çərçivəsində türk dövlətlərinin başçıları tərəfindən Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin təməli qoyuldu. Əminəm ki, bu məsciddən Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək.”

Избранный
10
operativmm.az

1Источники