RU

Keçmiş başçı HƏBS EDİLDİ

Bursa şəhərində keçmiş Nilüfer Bələdiyyə Başçısı Turgay Erdem və onunla birlikdə 21 nəfər “rüşvət alma”, “cinayət törətmək məqsədilə təşkilat yaratma” və “təşkilat üzvü olma” ittihamları ilə həbs qərarı ilə üzləşib. İl Polis İdarəsinin əməkdaşları şübhəlilərin ev və iş yerlərində axtarış aparıblar.


Bursa Cumhuriyyət Baş Prokurorluğu tərəfindən başlanan istintaqda, Turgay Erdem və digər 21 nəfər barəsində “rüşvət, cinayət törətmək məqsədilə təşkilat yaratma, təşkilat üzvü olma və cinayətdən əldə olunan əmlak dəyərlərinin leqallaşdırılması” ittihamları irəli sürülüb.


İstintaq çərçivəsində Bursa İl Polis İdarəsinin Qaçaqçılıq və Təşkilatlı Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında əməliyyat başlatmış və prokurorluğun göstərişinə əsasən, Turgay Erdem və digər şübhəlilərin ünvanlarında eyni vaxtda axtarışlar aparıblar.


Erdemin ev və iş yerində aparılan axtarışlar zamanı müxtəlif sənəd və rəqəmsal materiallara əl qoyulub. Axtarışlar başa çatdıqdan sonra keçmiş başçı polis bölməsinə aparılaraq ifadəsi alınacaq.


İstintaqın Nilüfer Bələdiyyəsindəki əvvəlki dövrlərə aid bəzi tender və ərazi işləri ilə bağlı iddialar əsasında başladığı bildirilib. Olayla bağlı araşdırmanın çoxşaxəli şəkildə davam etdiyi vurğulanıb.


Избранный
10
news365.az

1Источники