"ABŞ Prezidenti Donald Trampın təklifi çərçivəsində sülh prosesində Berlin də öz üzərinə məsuliyyət götürəcək",– Kansler bildirib.
![]() |
Yaxın Şərqə əlavə ABŞ qoşunu göndərilir |
Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri gözlənilir.
Firudin Həmidli
AzVision.az