RU

Rusiya Məmmədəli Ağayevi azad etdi

Rusiya tərəfi Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları bildirib.

Qeyd olunur ki, bu, "Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın ev dustaqlığına buraxılmasına cavab olaraq edilib.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevi bu ilin avqustunda Moskvada saxlamışdılar.

Rusiya tərəfi onu dələduzluqda ittiham edirdi. M.Ağayev və yaxın qohumlarının hesabları dondurulmuşdu.

"Cebheinfo.az" 

Избранный
59
cebheinfo.az

1Источники