RU

Görədil–Novxanı yolunda sürücüdən təhlükəli manevr - VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb.

Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.

Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”.

Избранный
32
avtosfer.az

1Источники