RU

“Sputnik Azərbaycan”-ın direktoru İqor Kartavıx həbsdən azad edilib

Bakıda həbs edilən “Sputnik Azərbaycan”-ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb. Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb. “Kommersant”ın mənbələrinə görə, Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.

Andrey Kolesnikovun sözlərinə görə, köməkçilər bu işi birbaşa prezidentlərlə əlaqələndirə biliblər, Uşakovun fikrincə, ilk növbədə bu, İqor Kartavıxın azad edilməsini mümkün edib.

Öz növbəsində Rusiya tərəfi Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Almaz Həsənli

Избранный
65
4
oxumeni.az

6Источники