RU

"Avropada dron təhlükəsi ciddi problemdir"- Politoloqdan AÇIQLAMA

"Avropada dron təhlükəsi ciddi qəbul edilir ".

Politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı və Avropa Siyasi Birliyinin son toplantılarında dronların təhlükəsizliyi məsələsi ciddi şəkildə müzakirə olunub. Onun sözlərinə görə, artıq təkcə daxili tədbirlər kifayət etmir, çünki hər hansı bir dron müəyyən məsafədən havaya qalxdıqda müdaxilə sistemləri üçün problem yarada bilər.

Mirzəbəyli vurğulayıb ki, dronların məqsədini müəyyən etmək çətindir; onlar həm çəkiliş, həm də diqqət çəkmə məqsədi ilə istifadə oluna bilər və nəticədə ciddi təhlükələr yarada bilər. Bu səbəbdən qanunvericilik çərçivəsində daha geniş tədbirlər görülməsi və müdaxilə sistemlərinin gücləndirilməsi zəruridir.

Ekspert həmçinin bildirib ki, Rusiya dronları Avropa səmasında etiraf edilmədən uçur və bu, vətəndaşlar arasında təşviş yaratmaq məqsədi daşıya bilər. Onun sözlərinə görə, Avropa ölkələri dronların mənbəyini müəyyən etməkdə çətinlik çəkir, çünki Rusiya dronlarında əsasən Çin istehsalı kiplər istifadə olunur.

Mirzəbəyli hesab edir ki, Avropada dron təhlükəsinə qarşı həm milli, həm də beynəlxalq səviyyədə addımların atılması vacibdir.

Избранный
3
news365.az

1Источники