Bu gün Azərbaycan Basketbol Liqasının 2-ci turunda növbəti oyunlar keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.
“Quba” öz meydanında “Ordu”nu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Saat 19:00-da isə Bakı İdman Sarayında “Abşeron Lions” – “Gəncə” oyunu baş tutacaq.
Qeyd edək ki, turun ilk oyununda “Neftçi” “Şəki” üzərində 92:68 hesabı ilə qələbə qazanıb.