RU

Rusiyada saxlanılan azərbaycanlılardan biri azadlığa buraxıldı

BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya tərəfi öz ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Azad olunan şəxsin adı açıqlanmayıb.

Bundan öncə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlayıb ki, Bakıda saxlanılan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx azad edilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Избранный
15
teleqraf.com

1Источники