RU

Kainatın sonu hesablandı - Bu qədər vaxt qalıb

Yeni kosmoloji modelə görə, kainat sonsuza qədər genişlənməyəcək, əksinə, təxminən 20 milyard ildən sonra çökəcək. Elm adamları bunu "Böyük Partlayış" və ya "Böyük böhran" adlandırırlar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyadakı Donostia Beynəlxalq Fizika Mərkəzindən Hoang Nhan Luu, Çindəki Şanxay Jiao Tonq Universitetindən Yu-Cheng Qiu və ABŞ-dakı Kornell Universitetindən Henri Tye tərəfindən hazırlanmış modelə görə, kainatın ümumi ömrü 33,3 milyard ildir.

Tye deyir: "Son 20 ildə kosmoloji sabitin müsbət olduğu və kainatın sonsuza qədər genişlənəcəyi düşünülürdü. Lakin yeni məlumatlar bu sabitin mənfi ola biləcəyini və sonunda kainatın çökəcəyini göstərir".


Избранный
22
manset.az

1Источники