RU

Aysun tənqidlərə dözmədi: “Dodaq mənimdir, mənə xoşdur, sizə nə!” VİDEO

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aysun İsmayılova sosial şəbəkə hesabında dodaq dolğusu ilə bağlı ona yazılan tənqidlərə cavablandırıb.

Yenisabah.az xəbər verir ki, ifaçı paylaşımında bildirib:

“Bir insanın hər şeyi gündəm ola bilər? Ay başınıza dönüm, qızların 99 faizi dodaq dolğusu etdirir. Bunu şərhlərdə hansı ağıl, hansı məntiqlə yazırsınız ki, dodağı yekədir, elədir, belədir... Toyuqlu pizza

Dodaq mənimdir, mənə xoşdur, sizə nə! İkincisi, hər kəs bunu bilir ki, dodağa dolğu vurduranda ilk 1 ay onsuz da şiş qalır. Mənim dodağım günü-gündən balacalaşır. Dodağımın böyük olub-olmaması niyə sizi bu qədər narahat edir?! Mənə xoşdur, məni istəyən hər kəsə xoşdur. Sizə nə?! Özünüzlə maraqlanın, özünüzə vaxt ayırın.

Mənim həyatım mənə məxsusdur, nəyi necə yaşayıram, hansı hissi keçirirəm bunu mən bilərəm. Heç kimə hesabat vermək, nə də kimdənsə icazə alıb nəyisə etmək məcburiyyətində deyiləm!”

Əsmətxanım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
yenisabah.az

3Источники