RU

Daxili qoşunların fəaliyyətinin əsas prinsip və istiqamətləri müəyyənləşdirilir

Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.
Teleqraf-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq:
-qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;
-vahid və mərkəzləşdirilmiş rəhbərlik;
-daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;
-beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;
-döyüşə və səfərbərliyə daimi hazırlıq;
-döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;
-dövlət sirrinin qorunması;
-hərbi intizamın möhkəmləndirilməsi;
-şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbi anda sədaqət hissin, öz Vətəninin tarixi və ənənələrinə dərin məhəbbət, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;
-daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsi;
-gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.
Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:
-konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
-terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;
-fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi, fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
-Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;
-Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunudşa qəbul edilib.

Избранный
51
5
teleqraf.com

6Источники