Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a bildirib.
"Danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb. Bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib", - nəşr yazıb.