Əlcəzair milli komandası 2026-cı ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququ əldə edib. 

Offsideplus.az xəbər verir ki, Somalini 3:0 hesabı ilə məğlub edən əlcəzairlilər qrupdakı xallarının sayını 22-yə çatdırıb və DÇ-2026-ya vəsiqəni təmin edib. Sözügedən matçda sabiq "Qarabağ"lı Yassin Benzia da iştirak edib. O, meydana 85-ci dəqiqədə daxil olub. 

Qeyd edək ki, daha əvvəl Kanada, ABŞ, Meksika (ev sahibi olaraq), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador və Yeni Zelandiya, Kolumbiya, Paraqvay, Uruqvay Dünya Kubokuna vəsiqə əldə etmişdi.