RU

“Şahdağ Turizm Mərkəzi” Avstriyadan 552 min manata kanat yolu ehtiyat hissələri alır

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Doppelmayr Seilbahnen GmbH ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə asma buraz kanat yolları avadanlıqlarına ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 551.687 AZN-dir.

Xatırladaq ki, Doppelmayr Seilbahnen GmbH — Avstriyanın Wolfurt şəhərində yerləşən şirkətdir. Şirkət kabel yolu, teleferik, gondol və lift sistemlərinin istehsalı və quraşdırılması ilə məşğuldur. Fəaliyyət sahəsi dağ-xizək kurortları, şəhər nəqliyyatı və turizm infrastrukturudur.

Избранный
29
banker.az

1Источники