RU

"Ukrayna millisi Azərbaycanla oyunda qalib gəlmək əzmindədir" - Sergey Rebrov

Ukraynanın futbol üzrə milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla oyunda qalib gəlmək əzmindədir.

"Unikal" Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov bildirib.

"Təəssüf ki, zədəlilər çoxdur. Amma onları əvəz edə biləcək kifayət qədər futbolçu cəlb etmişik. İnanıram ki, hazırda millidə olanlar həm sabah, həm də növbəti oyunda çətinliklərlə üzləşməyəcəklər. Rəqibin necə oynayacağını görəcəyik. Məncə, Azərbaycana qarşı son oyunla müqayisədə daha aqressiv oyun nümayiş etdirmək bizim üçün vacibdir. Biz bu barədə danışdıq və mən görürəm ki, futbolçular növbəti iki oyunda qalib gəlmək istəyirlər”, - deyə Rebrov əlavə edib.

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.

Избранный
59
15
unikal.az

10Источники