RU

Lənkəranda avtomobillər toqquşub - 5 yaralı var

Lənkəranda avtomobillər toqquşub 3-ü məktəbli, 2-si tələbə olmaqla 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şovu kəndi ərazisində baş verib.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "Vaz2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Vaz-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Qeyd edək ki, Lənkəran-Lerik yolunda bir neçə gün bundan əvvəl də ağır yol qəzasında iki piyada, bacı və qardaş avtomobil vurması nəticəsində ölmüşdü.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
7
bakivaxti.az

9Источники