RU

Sabirabadda toyda qətl

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb.

News24.az  xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb   

Reklamınızı SmartBee ilə effektiv edin.

O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)


Избранный
60
4
news24.az

6Источники