RU

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi məlum olacaq

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi elan ediləcək.

“Qafqazinfo” xəbər verir ki, qalibin kimliyinin Bakı vaxtı ilə 13:00-da açıqlanması gözlənilir.

Nobel institutunun nümayəndəsi Erik Oshaym Osloda jurnalistlərə bildirib ki, Nobel komitəsi oktyabrın 7-də məsələ ilə bağlı sonuncu iclasının keçirib və bu il üzrə həmin mükafata layiq görüləcək laureatı seçib.

Onun sözlərinə görə, həmin iclas zamanı son düzəlişlər edilib.  

Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanır. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinad yazıb ki, Trampın adı bu kateqoriya üzrə namizədlər siyahısına daxil edilib. 

Ümumilikdə isə bu il 338 namizəd nəzərdən keçirilib, onlardan 224-ü fiziki şəxs, 94-ü isə təşkilatdır.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın D.Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bildirmişdi. O bu zaman qeyd edib ki, Trampa Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndərəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
4
qafqazinfo.az

5Источники