Oktyabr ayının 8-də Goranboy rayon Bolsulu kəndində biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla kənd sakini, Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub.
Ş. Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.