RU

“Çelsi”dən Kənan Yıldız üçün “Yuventus”a YENİ TƏKLİF

“Çelsi” “Yuventus”un gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün növbəti cəhdə hazırlaşır.

İdman.Biz "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 20 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlara yenidən başlamaq niyyətindədir.

“Çelsi” yay transfer pəncərəsində də Yıldızı heyətinə qatmağa çalışmışdı.

Türkiyə millisinin üzvü ilə “Barselona” da maraqlanır. Bunun fərqində olan “Yuventus” rəhbərliyi oyunçunu komandada saxlamaq istəyir və hazırda onun həm atası, həm də agenti olan şəxslə yeni müqavilə barədə danışıqlar aparır.

Hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olan Kənan Yıldız bu mövsüm turin təmsilçisinin heyətində 12 oyuna çıxıb, 5 qol vurub və 6 assist edib. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun dəyəri 75 milyon avro təşkil edir.

İdman.Biz

Избранный
5
1
idman.biz

2Источники