Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
News24.az-ın məlumatına görə, oktyabrın 10-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0407 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0938 manata kimi bahalaşıb, avro isə 1.9675 manata kimi ucuzlaşıb.
