RU

Filippin sahillərində güclü zəlzələ: Sunami təhlükəsi elan edilib...

Maqnituda 7,4 olan yeraltı təkanlar regionda ciddi narahatlıq yaradıb...

Filippin adaları sahillərində cümə gününə keçən gecə baş vermiş güclü zəlzələ nəticəsində ölkənin bir sıra sahil bölgələrində sunami təhlükəsi elan olunub.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların maqnitudası müxtəlif mənbələrə əsasən 7,4–7,6 arasında dəyişir. Zəlzələnin episentri Mindanao adasındakı Davao limanından təxminən 144 kilometr aralıda, dəniz səthindən 58 kilometr dərinlikdə qeydə alınıb.

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) zəlzələdən sonra 300 kilometr radiusda sunami təhlükəsi barədə xəbərdarlıq edib. Ekspertlərin qiymətləndirməsinə görə, Filippinin bəzi sahil rayonlarında dalğaların hündürlüyü 1–3 metrə qədər qalxa bilər.

Hazırda Filippin hökuməti və xilasetmə xidmətləri əhaliyə sahil zonalarından uzaqlaşmaq barədə təcili xəbərdarlıqlar göndərir. Rəsmi qurumlar, xüsusilə Davao və ətraf bölgələrdə təxliyə planlarını aktivləşdiriblər. Regionda elektrik enerjisinin və rabitənin qismən kəsildiyi, bəzi yaşayış məntəqələrində binaların silkələnmə nəticəsində zərər gördüyü bildirilir.

ABŞ Geoloji Xidmətinin ilkin məlumatına əsasən, bu zəlzələ son aylarda Cənub-Şərqi Asiyada qeydə alınan ən güclü seysmik hadisələrdən biri hesab olunur. Mütəxəssislər bölgədə sonrakı təkanların da istisna olunmadığını qeyd edirlər.

Poliqon.info

Избранный
46
44
poliqon.info

10Источники