Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Şadlıq sarayında aralarında yaranan mübahisə zəminində Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu tanışı tərəfindən bıçaqlanıb.
T. İsrafilov Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Əməliyyatdan sonra vəziyyəti ağırlaşan T. İsrafilovu xilas etmək mümkün olmayıb.
Faktla bağı araşdırma aparılır.