HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyya bəyan edib ki, vasitəçilər və ABŞ rəsmiləri hərəkata regionda münaqişənin başa çatması üçün zəmanət veriblər.
Bu haqda TASS məlumat yayıb.
“Vasitəçilər Qəzzada müharibəyə son qoymaq üçün razılıq əldə ediblər”, - o bildirib.
Əl-Həyyanın sözlərinə görə, əldə olunmuş razılaşmalar arasında hərbi əməliyyatların tam dayandırılması, İsrail qüvvələrinin zolaqdan çıxarılması, humanitar yardımın maneəsiz çatdırılması və münaqişə tərəfləri arasında əsirlərin mübadiləsi daxildir.
O vurğulayıb ki, İsrail tərəfi əldə olunmuş razılaşmaya əsasən azad ediləcək fələstinli məhbusların siyahılarını artıq alıb.
"Cebheinfo.az"