RU

Şəbnəm Həsənova: Putinin sərgilədiyi yanaşma göstərdi ki, mahiyyət etibarilə Azərbaycanın şərtləri artıq qəbul edilib

"Təyyarə qəzası Azərbaycan cəmiyyətini dərindən sarsdı. Bu səbəbdən Azərbaycan haqlı olaraq Rusiyanın qarşısında dörd əsas şərt formalaşdırdı".

Bu sözləri Far.Az-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Siyasi eskpertin fikirlərinə görə, Düşənbədə baş tutan görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciət etdiyi ritorika, istifadə etdiyi cümlələr və sərgilədiyi yanaşma göstərdi ki, mahiyyət etibarilə Azərbaycanın şərtləri artıq qəbul edilib:

"Şimal qonşumuzun rəhbəri onu da əlavə etdi ki, ilk telefon danışığı zamanı həlak olanların ailələrinə ən səmimi başsağlığını çatdırıb.

İstintaqa bütün köməkliyin göstəriləcəyinə bizi əmin edən Rusiya lideri bütün bunları təkrarlamağı da zəruri bildi. Deməli, münasibətlərdə artıq mənfi tendensiyadan çıxmaq ən məqbul yoldur".

Orxan Hüseyn

Избранный
59
far.az

1Источники