RU

DTX rəisindən itkin düşmüş şəxslərlə bağlı MÜHÜM AÇIQLAMAVİDEO

Ağdərədə keçmiş döyüş mövqeyində kütləvi məzarlıq aşkarlanıb, 10-dan çox Azərbaycan hərbçisinin qalıqları tapılıb".

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev itkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən beynəlxalq konfransda səsləndirib.

O bildirib ki, 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib.

1 oktyabr tarixinə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb.

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb və ailələrinə təhvil verilib. Əli Nağıyev həmçinin işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilməsinin, infrastrukturun, yaşayış məntəqələrinin, qəbiristanlıqların, o cümlədən itkinlərə aid məzar yerlərinin dağıdılmasının prosesə ciddi əngəl yaratdığını vurğulayıb.

Dövlət Komissiyasının sədri hazırda mütəxəssislərdən ibarət heyətin Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdiyini bildirib və keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlandığını açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
81
xezerxeber.az

1Источники