RU

“Real Madrid” “Elçe”nin gənc ulduzunu hədəfə alıb

“Elçe”nin mərkəz yarımmüdafiəçisi Rodri Mendoza “Real” klubunun diqqət mərkəzinə düşüb.

90deqiqe.Az "Defensa Central"a istinadən xəbər verir ki, “südlülər” gənc oyunçunun cari U-20 dünya çempionatında göstərdiyi təsirli performanstan sonra onun transferi ilə maraqlanır. Madrid klubu artıq 20 yaşlı futbolçunun agenti ilə ilkin danışıqlarada başlayıb.

  “Real”ın baş məşqçisi Xabi Alonsonun Mendozanı qış transfer pəncərəsində transfer edilməsini şəxsən rəhbərlikdən istəyib.

İspaniyalı futbolçunun “Elçe” ilə müqaviləsində 24 milyon avro məbləğində sərbəst buraxılma maddəsi mövcuddur.

Bu mövsüm Mendoza La Liqada 5 matçda iştirak edərək 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Избранный
45
90deqiqe.az

1Источники