RU

Zelenskidən Trampa şərt: Nobel almaq istəyirsənsə...

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilsə, onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcəyik.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Müharibəni dayandırmaq planı asan olmayacaq, amma bu, irəliləyiş yoludur. Əgər Tramp dünya üçün, xüsusilə də ukraynalılar üçün atəşkəsə nail olarsa, bəli, biz onu Nobel Sülh Mükafatına namizəd göstərəcəyik.

Düşünürəm ki, Prezident Tramp danışıqlar masasına oturmağımızı istəyir və biz bu istiqaməti dəstəkləyirik. O, atəşkəsin tərəfdarıdır. Mən inanıram ki, bu onun ilkin məqsədi idi”, - Zelenski bildirib./Axar.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
sitat.info

3Источники