RU

Tanınmış məşqçi istefaya göndərildi

Türkiyə futbolunun təcrübəli məşqçilərindən olan Yılmaz Vural "Sarıyer" klubundakı işindən ayrılıb. Metbuat.az xəbər verir ki, kluba yeni gələn məşqçi 4 matçda 3 məğlubiyyət, 1 qələbə əldə edib. Yılmaz Vural 1-ci Liqada “Sarıyer”lə ilk matçında "Pendikspor"a 0-2, növbəti oyunda isə "Amed"ə eyni hesabla uduzub. “Sarıyer” klubu ardınca "Adana Dəmirspor"u 3:0 hesabı ilə məğlub edib, son matçında isə "Sakaryaspor"a 1:2 hesabı ilə uduzub. 4 oyunda əldə etdiyi uğursuzluqdan sonra məşqçi istefaya göndərilib.

Qeyd edək ki, "Sarıyer, 1987-ci ildə "Malatyaspor"da məşqçilik karyerasına başlayan Yılmaz Vuralın çalışdırdığı 41-ci klub olub.

Избранный
18
metbuat.az

1Источники