RU

4 şəhərlərarası marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Bakı. Trend:

AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin,marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təminedilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə,Bakı-Qəbələ, Sumqayıt-Beyləqan, Gəncə - Şəmkir avtobus marşrutlarıüzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Trendxəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Bakı - Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurluyol” MMC; Bakı - Qəbələ marşrutu üzrə fiziki şəxs Bəkirov SəxavətElməddin oğlu; Sumqayıt - Beyləqan marşrutu üzrə fiziki şəxsTalıbov Əliqurban Miri oğlu; Gəncə - Şəmkir marşrutu üzrə hüquqişəxs "Nur-55" MMC qalib elan olunublar.

"Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığıntəmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur",- deyəəlavə edilib.

Məqalədə:
Избранный
44
3
az.trend.az

7Источники