PSJ klubu dünya transfer rekordunu qırmağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Barselona" klubundan Lamin Yamalı heyətinə cəlb etməyə yaxındır.  Bu barədə "Defensa Central" nəşri məlumat yayıb. PSJ rəhbərliyi ispaniyalı ulduz üçün 230 milyon avro ödəməyə hazırdır. 

Bu transfer gerçəkləşərsə, transfer rekordu yenilənəcək. Rekord hazırda 2017-ci ildə "Barselona"dan 222 milyon avroya PSJ-yə keçən Neymara məxsusdur.