RU

Kübra ilə nişanlanan afrikalı futbolçunun elçiliyinə görün kim gedibmiş

Azərbaycan I Liqasında çıxış edən “Difai” klubunun kamerunlu futbolçusu Kristian Kamtanın Kübra adlı azərbaycanlı xanımla nişanlanması maraqla qarşılandı. Oktyabrın 2-də Bakıda baş tutan cütlüyün şad günündə klub rəsmiləri də iştirak edib.

Publika.az xəbər verir ki, Teleqraf 21 yaşlı hücumçu ilə görüşərək bu barədə söhbətləşib:

– Kristian, əvvəlcə tanışlıq hekayənizi danışardınız…

– Əvvəlcə işlə əlaqədar mən Kübraya Teleqram vasitəsilə yazdım. Qidalanmama nəzarət edəcəkdi. Bu, apreldə baş verdi. Daha sonra ofisinə dəvət etdi. Üz-üzə görüşdük, dedi ki, “klub rəhbərliyinə məlumat verim”. Görüşdən sonra ona mesaj yazdım: “Hər şeyi unuduram, səni çox bəyəndim və tanış olmaq istəyirəm”. O vaxt işinə çox fokuslandığı və karyera yüksəlişi yaşadığı üçün “yox” dedi. Amma iş birliyinə razılaşdı. Komandası ilə çöldə vaxt keçirirdilər, mən də bəzən onlara qoşulurdum. Fərqli millətdən olduğum üçün Kübra məni komandası ilə birlikdə vaxt keçirməyə dəvət edirdi. Onun mərhəmətini, insanlara, xüsusilə mənə qarşı qayğısını çox bəyəndim. İlk gündən demişdim ki, “məni sevməyin üçün əlimdən gələni edəcəyəm və biz ailə olacağıq”. Beləcə, üç ay sonra qərara gəldik ki, ailə qura bilərik. Münasibətimiz başlayandan sonra Kübra həm Bakıdakı, həm də rayonlardakı bütün oyunlarımıza gəlir.

– Ailəniz bu münasibətə necə reaksiya verdi?

Избранный
47
publika.az

1Источники