RU

Əlixan Musayev danışdı - Özü barədə yazanlara mesaj göndərdi - Video

Əməkdar artist Cabir İmanovun dəfnində iştirakla gündəmə gələn vəhhabi vaiz Əlixan Musayev haqqında yazılanlara münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yayımladığı video müraciətində bildirib:

"Buradan haqqımda yazan şəxslərə mesaj göndərirəm. 1 həftədir hansısa dəfndə iştirakımı müzakirə edirlər. Onlara təşəkkür edirəm. Məni reklam edirlər. Antireklamın özü də reklamdır.

2014-cü ildə Suriya məsələlərinə görə də haqqımda yazırdılar. Səbr edirdim. Bütün sosial şəbəkələrdə izləyicilərimin sayı bu söhbətlərdən sonra günü-gündən artır". 

Qeyd edək ki, Əlixan Musayev ölkədə radikal sələfiliyin əsas simalarından biri kimi tanınıb. O, 2016-ci ildə bağlanan və dəfələrlə mətbuatda Suriyaya mücahid göndərməkdə ittiham edilən Ləzgi (Aşur) məscidinin imamı Mübariz Qarayevin yaxın qohumudur.

Избранный
23
5
hurriyyet.az

6Источники