RU

Fuad Əliyev: Heç kəsin haqqı yoxdur ki, bu dünyanı tərk etmiş insan haqqında mühakimə yürüdə

Prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev mərhum Cabir İmanovun xatirəsi və onun ailəsinə, xüsusilə də qardaşı – xalq artisti Tahir İmanova qarşı yönəlmiş əsassız hücumlarla bağlı AzReform.info-ya münasibət bildirib.

Fuad Əliyev AzReform.info-ya açıqlamasında deyib:

“Son günlər mərhum Cabir İmanovun xatirəsinə qarşı yönələn əsassız müzakirələr insanlıq və mənəviyyat baxımından yolverilməzdir. Bizə həyatı verən də, onu alan da yalnız Uca Yaradandır. Hansı dinə və ya məzhəbə mənsub olmağımızdan asılı olmayaraq, bu həqiqət dəyişmir. Heç kəsin haqqı yoxdur ki, bu dünyanı tərk etmiş bir insan haqqında mühakimə yürüdə.”

“Tahir İmanov bu gün təkcə qardaş deyil, həm də milli mədəniyyətimizin və dövlətçilik düşüncəmizin simvoludur. Onun sənətinə, ailəsinə və xatirəsinə hörmət göstərmək bizim mənəvi borcumuzdur. Əsl ziyalılıq susmur – sadəcə səviyyə ilə cavab verir.”

 

Избранный
51
azreform.info

1Источники