Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi daxilolmalarının 9 milyard 173,2 milyon manatı və yaxud 73,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çox, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, 9 ay ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 3,8 %, proqnozdan isə 5,2 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 80,4 %-i təmin olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.