RU

Zakir Nuriyev: Maliyyə texnologiyaları sahəsində qanunvericilik tələbləri müəyyən edilməlidir

BAKI, 9 oktyabr. TELEQRAF

Fintex (maliyyə texnologiyaları) ekosisteminin inkişafı ilə bağlı bu sahədə qanunvericilik tələblərinin müəyyən edilməsi və müasir yanaşmalar əsasında dayanıqlı ekosistemin qurulması vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Baku Fintech Forum 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, ödəniş xidmətləri sektoruna elektron pul və ödəniş təşkilatlarının əlavə edilməsi rəqəmsal ödəniş sistemində yeni həllərin və texnologiyaların tətbiqinə, eyni zamanda, rəqabət mühitinin genişlənməsinə şərait yaradacaq:

“Məqsəd bank və fintex ekosistemləri arasında qarşılıqlı ödənişlərin dərinləşməsi, eləcə də sistemin dayanıqlı inkişafının təmin edilməsidir. Bunun üçün infrastruktur imkanlarının təkmilləşdirilməsi, əlavə resursların cəlb edilməsi və preventiv tətbiqlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır”, – deyə o vurğulayıb.

Избранный
89
teleqraf.com

1Источники