RU

Birinci müavini olmayan nazirlər

Azərbaycanda bir sıra dövlət qurumlarında və nazirliklərdə birinci müavin ştatı mövcuddur. Birinci müavinlər zərurət yarandıqda rəhbər şəxsin səlahiyyətlərini icra edirlər.

Ancaq Azərbaycanda bəzi nazirlərin birinci müavinləri yoxdur.

Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, ölkəmizdə 10 nazirlikdə nazirin birinci müavini yoxdur.

Həmin nazirlərin siyahısını təqdim edirik:

Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazovun birinci müavini yoxdur. Lakin onun ümumilikdə 4 müavini var. Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov və Orxan Zeynalov Pərviz Şahbazovun müavinləridir.

Fərid Əhmədov

Ədliyyə naziri Fərid Əhmədovun da birinci müavini yoxdur. Baxmayaraq ki, onun 5 müavini var. Abidin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev və Mirsaleh Seyidov ədliyyə nazirinin müavinləridir.

Anar Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev də birinci müavinsiz çalışır. Bununla belə onun 4 müavini var: Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayev.

Fərid Qayıbov

Gənclər və İdman naziri Fərid Qayıbovun da birinci müavini yoxdur. Ümumilikdə, isə onun 2 müavini var: İndira Hacıyeva və Fərhad Hacıyev.

Избранный
19
5
publika.az

7Источники