RU

İdman sonrası səpgilərdən necə qorunmalı?

Dermatoloq Şçeplyeva: “Kosmetoloq prosedurundan sonra ən azı bir həftə idmandan uzaq durun”.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər: idmandan sonra dəridə yaranan səpgilər, yəni “idman aknesi”, həm qadınlarda, həm də kişilərdə geniş yayılıb. Dərinin tərləməsi, toz və bakteriyalarla təması məsamələri tıxayır və iltihab yaradır.

 İdmana getməzdən əvvəl:

Dermatoloq Nata­liya Şçeplyeva məsləhət görür ki, məşqdən əvvəl makiyaj tam təmizlənməli, üz yüngül tonik və ya nəmləndirici flüidlə silinməlidir. Açıq havada idman edənlər isə SPF krem çəkməlidirlər.

Kosmetoloq Yekaterina Ostrovskaya isə məşqə antiseptik pudra, təmizləyici gel və SOS-akne vasitəsi götürməyi tövsiyə edir.

 İdmandan sonra:

Skin Helpers brendinin eksperti Nadejda Makagonova bildirir ki, məşqdən sonra duş qəbul etmək, bədəni və xüsusilə arxa hissəni (çünki orada çoxlu piy vəzisi var) yumşaq gel və ya yağla təmizləmək vacibdir.

Üz üçün isə yumşaq təmizləyici ilə yumaq, sonra nəmləndirici serum və krem çəkmək tövsiyə olunur.

Faydalı tərkiblər:

Niasinamid və sink – yağ ifrazını azaldır və məsamələri daraldır;

Bisabolol və kalendula – iltihabı aradan qaldırır;

Salisil turşusu – bakteriyaları məhv edir və dərini yeniləyir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
34
e-saglam.az

1Источники