RU

Xaçmazda FACİƏ: Müəllimə dəm qazından boğuldu - FOTO

Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Mehriban Sərdar qızı Qafarlı yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Qıraqlı kənd orta məktəbində informatika fənni müəlliməsi olan Mehriban Qafarlı, bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 51 bal toplayaraq uğurlu nəticə göstərmişdi. (Oxu.az)


 

Bizim.Media

Избранный
102
8
bizim.media

9Источники