Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.BUTA.TV xəbər verir ki, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının meyiti yaşadığı evdə aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir. M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi. Faktla bağlı araşdırma aparılır.