Sea Breeze

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edərək İsrail və HƏMAS-ın sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini bildirib. O, bunun girovların azad olunması və İsrail ordusunun razılaşdırılmış xəttə geri çəkilməsi istiqamətində ilk addım olduğunu vurğulayıb.

Redaksiya xəbər verir ki, Tramp paylaşımında “Bu, Ərəb və Müsəlman dünyası, İsrail, qonşu ölkələr və Amerika Birləşmiş Ştatları üçün möhtəşəm bir gündür” ifadəsini işlədib. Prezident, tarixi və misilsiz hadisənin gerçəkləşməsi üçün Qətər, Misir və Türkiyənin vasitəçilik səylərinə təşəkkür edib.

Tramp bəyanatını belə tamamlayıb: “Bütün tərəflər ədalətli şəkildə davranılacaq. Bu, güclü, davamlı və əbədi sülhə doğru atılmış böyük bir addımdır. Sülhsevərlər mübarəkdir!”

İsrailin “Yedioth Ahronoth” nəşri isə razılaşmanın elanından dərhal sonra “İsrail savaşı uduzdu” başlıqlı xəbər yayımlayaraq ölkədə siyasi dairələrdə yaranan narazılıqları və hökumət daxilindəki gərginliyi diqqətə çatdırıb.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX