Vasitəçi ölkələr HAMAS və İsraildən Qəzza zolağında münaqişənin həlli üzrə məsləhətləşmələrin Oktyabrın 10-dan gec olmayaraq başa çatdırılmasını tələb ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı HAMAS-ın yüksək rütbəli mənbəsinə istinadən məlumat yayıb.
"Vasitəçilər Fələstin və İsrail nümayəndə heyətlərindən danışıqların tamamlanması üçün son tarix kimi cümə gününü təyin etməyi tələb ediblər", - mənbə bildirib.
(APA)