RU

Sabirabadda avtomobil traktora çırpılıb, xəsarət alanlar var

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili qarşıda gedən traktorun arxa hissəsinə çırpılıb. Qəza nəticəsində Sabirabad rayonunun Şəhriyar kənd sakinləri, 2010-cu il təvəllüdlü Vəliyeva Sevgili Qənbər qızı, 1980-cı il təvəllüdlü Həsənova Gülnarə Əli qızı və 1974-cü il təvəllüdlü Vəliyev Qənbər Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Избранный
21
4
avtosfer.az

5Источники