RU

Lamin Yamal tarixdə ən bahalı futbolçu ola bilər

“Barselona”nın vingeri Lamin Yamal tarixdə ən bahalı transfer rekordunu qıra bilər.

90deqiqe.Az "Defensa Central"a istinadən xəbər verir ki, PSJ futbolçu üçün 230 milyon avro ödəməyə hazırdır.

Əgər bu transfer baş tutsa, Neymarın “Barselona”dan PSJ-yə keçərkən müəyyən etdiyi 222 milyon avroluq rekord yenilənəcək.  PSJ prezidenti Nasser Əl-Xəlafi 18 yaşlı forvardı klubda görmək istəyir və bu məqsədə çatmaq üçün çalışacaq.

Qeyd edək ki, “Barselona”nın prezidenti Joan Laporta əvvəllər də PSJ-nin Yamal üçün maraq göstərdiyini bildirmişdi. Yamal isə bu yay klubla müqaviləsini 2031-ci ilin ortalarına qədər uzadıb və hazırda komandadan ayrılmaq barədə planları yoxdur.

Избранный
45
90deqiqe.az

1Источники