RU

Everestdə 1000-dən çox insan xilas edildi

Dünyanın ən hündür zirvəsinin olduğu Everestin şərq yamaclarında 1000-dən çox insan qar fırtınası səbəbindən köməksiz qalıb. Metbuat.az xəbər verir ki, yolların bağlanması səbəbindən Tibet-Qinghai yaylasında 1000-dən çox insan ərazidə qalıb. Çin tərəfinin səyi nəticəsində əvvəlcə 350 nəfər daha sonra 580 turist, 300 yerli bələdçi və dəstək qrupu xilas edilib. Məlumata görə, bundan əvvəl Qinghai əyalətinin Haibei Tibet Muxtar Prefekturasının Laohuqou bölgəsində 137 turist xilas edilib. Bildirilir ki, Everestin Nepal tərəfindəki alpinistlər hava proqnozu xəbərdarlığı sayəsində vaxtında ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Everestin şərq yamaclarında 5300 metr hündürlükdə yerləşən və 40 kilometrlik yürüşdən sonra dağın şərq mənzərəsinin müşahidə olunduğu Qama Vadisi məşhur trekkinq marşrutudur.

Избранный
53
metbuat.az

1Источники