RU

Boşanmalar da onlayn olacaq: qərar qəbul edildi

Ukraynada boşanma prosesi sadələşdiriləcək. Belə ki, 2026-cı ildən etibarən “Diya” proqramı vasitəsilə onlayn boşanma ərizəsi vermək mümkün olacaq.

Editor.az bildirir ki, bu barədə oktyabrın 8-də baş nazir Yuliya Svırıdenko məlumat verib. Onun sözlərinə görə, boşanmalar tez və asan olacaq: “Xidmət 2026-cı ildə “Diya”da olacaq və azyaşlı övladı olmayan ər-arvadın istifadəsinə veriləcək. Nazirlər Kabineti bu dəyişiklikləri təsdiqləyib.

Əvvəllər prosedur bir neçə dəfə qeydiyyat şöbəsinə baş çəkmək və sənədləşmə tələb edirdi. İndi proses sadələşdiriləcək – növbə və ya lazımsız səfərlərə yol verilməyəcək”, – məlumatda deyilir.

Baş nazir qeyd edib ki, ərizə verildikdən sonra “Diya” avtomatik olaraq reyestrdəki məlumatları yoxlayacaq və nikah bir ay ərzində pozulacaq. O əlavə edib ki, bu müddət ərzində ərizə geri götürülə bilər. Ukraynalılar artıq boşanma şəhadətnamələrini də proqram vasitəsilə alacaqlar, – Svırıdenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
14
editor.az

1Источники