RU

İran Xarici İşlər Nazirliyindən Aİ ölkələrinə etiraz

Avropa İttifaqının bir neçə ölkəsinin diplomatik nümayəndəliklərinin rəhbərləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Editor.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib. Onun sözlərinə görə, buna Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Aİ xarici işlər nazirlərinin birgə bəyanatında yer alan Brüsselin bəyanatları səbəb olub. Konkret olaraq, Tehran Aİ ölkələrinin İranın raket proqramı ilə bağlı açıqlamalardan narazı qalıb.

Diplomat onları “ölkənin daxili işlərinə açıq-aşkar müdaxilə” adlandırıb və həqiqətə uyğun olmadığını vurğulayıb.
Taxt-Rəvançi vurğulayıb ki, İranın müdafiə potensialı, o cümlədən raket proqramı onun özünümüdafiə üçün ayrılmaz hüququnun həyata keçirilməsini ifadə edir. Bundan başqa, nazir müavini qeyd edib ki, İran raketləri regionda sabitlik və təhlükəsizliyin təminatçısı rolunu oynayır.

Xarici işlər nazirinin müavini həmçinin, müvafiq Aİ ölkələrinin Fars körfəzindəki strateji əhəmiyyət kəsb edən və eyni zamanda İran və BƏƏ arasında ərazi mübahisəsi predmeti olan üç ada ilə bağlı mövqeyini pisləyib.

//Samir Qurbanov, Editor.az

Избранный
52
editor.az

1Источники