RU

Tahir İmanovdan sərt açıqlama: “Ayıb deyilmi?!” - VİDEO

Əməkdar artist "Planet Parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov qardaşı Əməkdar artist Cabir İmanovun ilə bağlı daha bir video açıqlama yayımlayıb.

Yenisabah.az xəbər verir ki, o, bəzi jurnalistləri kəskin qınaq atəşinə tutub.

Dəfn zamanı bəzi qadın jurnalistlərin hərəkətini tənqid edən aktyor deyib: Dördpendirli pizza

“Cabirin ölümündən sonra bir çox jurnalistlər özünü “qəhrəmancasına” aparmağa başladılar. Lazım olmayan bir mövzunu ortalığa atdılar. Onun dini mənsubiyyətindən və s. Birincisi demək istəyirəm ki, bunun kimi mövzuları qaldıran jurnalist, bloqer və ictimai xadimlər ilk növbədə cəmiyyətdə yaranmış birliyə çox böyük zərbə vurur. İkincisi, dini mənsubiyyət hər bir insanın şəxsi işidir. Üçüncüsü və ən əsası, bu, çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz.

Bəzi jurnalistlərdən xahiş etdim ki, bizim yas məclisini çəkməyin. Mən və ailəm halallıq vermirik. Şişirtdiniz. Qəbiristanlığa gedəndə xahiş etdim ki, yalnız kişilər olsun. Biz gözümüzü açıb belə görmüşük. Əmr yox xahiş etdim. Qəbiristanlığa gedəndə nə gördüm? Yalandan başlarını bağlayan jurnalist xanımlar dayanıb, düz məzarın içini çəkirdilər. Bu nə adətdir? Hansı xalqa xasdır? Yoxsa nənə-babalarınızın dəfn vaxtı videoları çəkilib? Ayıb deyilmi?!”

Davamı videoda:

>

AYTAC ƏLİYEVA


Telegram kanalımız
Избранный
12
yenisabah.az

1Источники